Modern.az

Paşinyan niyə Xankəndiyə gəlmədi?  - SƏBƏB

Paşinyan niyə Xankəndiyə gəlmədi?  - SƏBƏB

2 Sentyabr 2021, 18:27

Ermənistan parlamentinin deputatı, “Ermənistan” fraksiyasının üzvü Areqnaz Manukyan ölkə hakimiyyətini tənqid edib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, deputat qondarma rejimin yaradılmasının 30 illiyi ilə bağlı tədbirlərdə prezident Armen Sarkisyan, baş nazir Nikol Paşinyan və spiker Alen Simonyanın iştirak etməməsinin səbəbini izah edib.

 

“Qarabağdakı “müstəqillik” tədbirinə Ermənistanın 3 ən yüksək vəzifəli şəxsi qatılmayıb. Bu misli görünəmiş hadisədir. Müharibədən sonra yalnız xarici işlər naziri Ara Ayvazyan Qarabağa getmişdi. Bundan sonra, Əliyev bu halların təkrar olunacağı halda reaksiya verəcəklərini bildirdi. Bu sözlərdən sonra Qarabağa səfərlər dayandırıldı. Nikol Paşinyanın 3 illik hakimiyyətinin nəticələri bunlardır. Qanlı nəticələr!”, - deyə Areqnaz Manukyan yazıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI