Modern.az

ABŞ “Taliban”a qarşı sanksiyaları yumşaltmayacaq

ABŞ “Taliban”a qarşı sanksiyaları yumşaltmayacaq

2 Sentyabr 2021, 23:38

“ABŞ Əfqanıstanda bank sisteminin çökməsinin qarşısını almaq üçün nə edə biləcəyini araşdırır”.

 

Modern.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Yen Psaki deyib.

 

Psaki bildirib ki, buna baxmayaraq, ABŞ-ın “Taliban” liderlərinə və ya təşkilata qarşı tətbiq edilən sanksiyaları ləğv etməsi gündəmdə deyil.

 

“Atılacaq addımlar mövzusunda beynəlxalq birliklə sıx əməkdaşlıq edəcəyik”, - deyə o qeyd edib.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular