İŞİD qruplaşmasının üzvü Yeni Zelandiyada terror aktı törədib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Oklend şəhərində bıçaqla silahlanmış şəxs supermarketin müştərilərinə hücum edib.
Hadisə zamanı 6 nəfər xəsarət alıb. Yeni Zelandiya hökuməti hadisənin arxasında İŞİD qruplaşmasının durduğunu hesab edir.