Modern.az

Türkiyə Rusiyanı silah bazarında SIXIŞDIRIR

Türkiyə Rusiyanı silah bazarında SIXIŞDIRIR

Dünya

3 Sentyabr 2021, 11:32

Türkiyə hərbi sənayesi yüksələn templə inkişaf etməkdə davam edir.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, “Turkish Aeronautical Association” təşkilatı Ukraynanın dövlət şirkəti olan “Ukrspetseksport”lə 18 Mi-17 helikopterlərinin təmiri barədə razılıq əldə edib.

 

Razılşamaya əsasən, hər iki tərəfin iştirakı ilə Rusiya və Sovet istehsalı olan Mi-17 təyyarələrinin təmiri və texniki xidməti üçün mərkəz yaradılacaq.

 

 Turkish Aeronautical Association”nun baş meneceri Camal Balıkçı hər helikopertin tam təmirinin 2,5 milyon dollara başa gələcəyini deyib. O, hazırda fərqli ölkələrin arsenalında olan 1500-ə qədər Mi-17 təyyarəsinin Ankarada açılacaq mərkəzdə təmir edilə biləcəyini söyləyib.

 

Gələcək planlarda Rusiya istehsalı olan Mi-24 və Mi-8 təyyarələrinin də təmiri və texniki qulluğu üçün mərkəzlərin yaradılması nəzərdə tutulur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI