Modern.az

Tramp Vaşinqtondakı hotelini satır

Tramp Vaşinqtondakı hotelini satır

4 Sentyabr 2021, 21:38

ABŞ-ın sabiq prezidenti Donald Tramp Vaşinqton şəhərində yerləşən hotelinin satışı ilə bağlı danışıqlar aparır.

 

Modern.az xəbər verir ki, bu barədə “Axios” nəşri öz mənbələrinə istinadən yazıb.

 

Məlumata görə, binadan istifadə hüquqlarının satışı ilə bağlı danışıqlar ilkin mərhələdədir. Nəşr sövdələşmənin təfərrüatlarının hələ də məlum olmadığını və müqavilənin bağlanması üçün uzun zaman lazım olduğunu bildirir.

 

“Trump Hotel” Vaşinqtonun əsas küçəsində, Ağ Evdən 500 metr və Kapitoldan bir kilometr aralıda yerləşir.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama