Yəməndəki “Husi” qiyamçıları Səudiyyə Ərəbistanı istiqamətində partlayıcı maddələr quraşdırılmış 3 PUA buraxıb.
Modern.az xəbər verir ki, bu barədə Səudiyyənin rəhbərlik etdiyi koalissiya qüvvələri məlumat yayıb.
Səudiyyə Hava Hücumundan Müdafiə Qüvvələri PUA-ları zərərsizləşdirməyi bacarıb.
Məlumatda bildirilir ki, PUA-ların hədəfləri krallığın ərazisindəki obyektlər olub.
Yəməndə 2014-cü ilin avqustunda hökumət qüvvələri ilə silahlı qiyamçılar arasında qarşıdurma başlayıb. 2015-ci ilin mart ayında Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalissiya Yəmən müharibəsinə müdaxilə edib. Koalissiya və “Husi” qiyamçıları arasında müharibə hələ də davam edir.
Akif İsmayılov