Modern.az

“Krım platforması”na görə 50 nəfər həbs edildi

“Krım platforması”na görə 50 nəfər həbs edildi

5 Sentyabr 2021, 09:00

Ötən gün Rusiyanın ilhaq etdiyi və dünyanın bir çox ölkələrinin Ukraynanın ərazisi kimi tanıdığı Krımda 50 nəfər qanunsuz olaraq dəmir barmaqlıqlar arasına göndərilib.

 

Modern.az "AA"ya istinadla xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər nazirinin müavini Emine Ceppar məlumat verib.

 

Nazir müavini bildirib ki, Rusiya bu addımı "Krım platforması"na qarşı atıb. Cepparın sözlərinə görə, bu cür qanunsuz vətəndaş basqıları ilə Rusiya Ukraynaya göz dağı vermək istəyir.

 

50 nəfərin arasında 5 krım türkünün olduğu deyilir. Onlardan ikisi jurnalist, biri isə Krım Tatar Milli Məclisinin müşaviri Nəriman Cəlaldır. 

 

Turan

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu