Gürcüstanın hakim "Gürcü Arzusu" partiyasının Marneuli merliyinə namizədi Kənan Ömərovun seçki təbliğat və təşviqat kampaniyası çərçivəsində Yuxarı Saral kəndində keçirdiyi görüş etirazla qarşılanıb.
Modern.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə video paylaşılıb.
Kadırlardan görünür ki, əhalinin problemlərindən danışan mer namizədi Kənan Ömərov və Zaur Darğallı sakinlərin etirazına tuş gəlib.
Yerli sakin Gülnarə Abbasova sosial durumunun ağır olduğunu və çətin vəziyyətdə yaşadığını, həmçinin yaşamağa evi olmadığını bildirib.
O qeyd edib ki, hökumətdən sosial yardım almaq üçün dəfələrlə Sosial Xidmət Agentliyinə müraciət edib, Zaur Darğallının görüşündə olub, lakin ona yardım edilməyib.
Daha sonra digər sakinlər də mövcud problemlərin uzun ilərdir həll olunmadığını bildirərək etiraz ediblər.
Vətəndaşların görüşdən çəkdiyi videonu təqdim edirik: