Modern.az

Səudiyyə Ərəbistanına raket və PUA hücumları - Yaralılar var

Səudiyyə Ərəbistanına raket və PUA hücumları - Yaralılar var

5 Sentyabr 2021, 14:59

Husi qiyamçılarının Yəmən ərazisindən Səudiyyə Ərəbistanına atdıqları ballistik raketlər və PUA hücumları nəticəsində iki uşaq yaralanıb, bir neçə ev dağılıb.

 

Modern.az xəbər verir ki, bu barədə SPA agentli məlumat yayıb.

 

Bildirilib ki, Səudiyyə Ərəbistanının şərqindəki Dəmmam şəhərinə düşən raketlər 14 evin dağılmasına səbəb olub.

 

Krallığın cənub-şərqində yerləşən Nəcran şəhərinə atılan raketlər və PUA-lar hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib.

 

İslam Əməkdaşlıq Təşkilatı Husi qiyamçılarının mülki şəxsləri və evləri hədəf almasını qətiyyətlə pisləyən bəyanat yayıb. Təşkilatın Baş katibi Yusif Əl-Osaymin bildirib ki, bu hücumlar barbarlıq və terror əməlləridir.

 

 
 
 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu