Modern.az

Misirdə dəhşətli qəza 8 can aldı - 38 yaralı

Misirdə dəhşətli qəza 8 can aldı - 38 yaralı

5 Sentyabr 2021, 15:59

Misirin Şarm Əl-Şeyx kurort şəhərindən paytaxt Qahirəyə hərəkət edən avtobusun aşması nəticəsində azı səkkiz sərnişin həlak olub, 38 nəfər isə yaralanıb.

 

Modern.az “Əl Əhram” qəzetinə istinadən xəbər verir ki, bazar günü daxili turistləri Şarm Əl-Şeyxdən paytaxta aparan avtobus Qahirə-Süveyş magistral yolunda qəzaya uğrayıb.

 

Hadisə yerinə 30 təcili tibbi yardım briqadası göndərilib. Yaralılar Süveyş Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Süveyş vilayətinin prokurorluğu insidentlə bağlı cinayət işi açıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu