Modern.az

"Taliban" Almaniya ilə əməkdaşlıq etmək istəyir

Dünya

5 Sentyabr 2021, 17:43

"Taliban" Almaniya ilə diplomatik əlaqələr qurmaq istəyir.

 

Modern.az-ın xəbərinə görə, bunu hərəkatın nümayəndəsi Zabihullah Mücahid "Welt am Sonntag" qəzetində dərc olunan məqaləsində bildirib.

 

"Almaniya ilə rəsmi şəkildə diplomatik əlaqələr qurmaq istəyirik. "Taliban" digər ölkələrdən olduğu kimi, Almaniyadan da maddi dəstək və humanitar yardım almaq, həmçinin sağlamlıq, təhsil və kənd təsərrüfatı sahəsində əməkdaşlıq etmək istərdi", - Mücahid vurğulayıb.

 

Qeyd edək ki, bu ilin avqustun 15-də Əfqanıstanda "Taliban" hakimiyyətə gəldikdən sonra Almaniya Kabildəki səfirliyini bağlayıb.

 

Rəsmi Berlin son həftələrdə Dohada "Taliban"la danışıqlar aparır. Danışıqların mövzusu təxliyə şərtlərinin tərəflər arasında razılaşdırılmasıdır.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu