Modern.az

Amerikalılar Baydenin Əfqanıstan siyasətindən narazıdır

Amerikalılar Baydenin Əfqanıstan siyasətindən narazıdır

5 Sentyabr 2021, 19:44

Bir çox amerikalı ABŞ Prezidenti Co Baydenin Əfqanıstanla bağlı qərarlarının səhv olduğunu düşünür.

 

Modern.az xəbər verir ki, bu barədə “The Washington Post” və ABC telekanalının birgə keçirdiyi sosioloji sorğunun nəticəsində qeyd olunub.

 

Məlumata görə, respondentlərin 30%-i Baydenin Əfqanıstanla bağlı hərəkətlərini bəyənir. Anket iştirakçılarının 60%-i isə əks fikirdədir. Qalanları neytral qalıb.

 

ABŞ administrasiyası rəhbərinin qərarları onun reytinqinin aşağı düşməsinə səbəb olub. Araşdırmaya qatılanların 44%-i indiki Amerika liderinin vəzifələrinin öhdəsindən necə gəldiyini müsbət, 51%-i mənfi qiymətləndirib.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu