Modern.az

Məşhur müğənni 39 yaşında vəfat etdi

Məşhur müğənni 39 yaşında vəfat etdi

5 Sentyabr 2021, 21:58

Britaniyalı müğənni, model və aktrisa Sarah Hardinq 39 yaşında vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə onun anası “İnstagram” hesabında məlumat verib.

 

Hardinqin xərçəng xəstəliyindən öldüyü qeyd olunur.

 

2020-ci ilin avqust ayında Hardinq “İnstagram” hesabında pərəstişkarlarına xərçəngdən əziyyət çəkdiyini bildirmişdi.

 

Məşhur müğənni “Girls Aloud” pop qrupunun solisti olub. Karyerası ərzində bir neçə filmdə rol alıb.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu