BMT baş katibinin müavini Martin Qriffits Kabildə “Taliban” hərəkatının nümayəndələri ilə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik məlumat verib.
Görüşdə “Taliban” hərəkatının siyasi qanadının lideri Molla Abdul Qani Baradar BMT-nin humanitar personalının təhlükəsizliyinin təmin edilməsinə zəmanət verib.
BMT rəsmisi yardımın göstərilməsində qadınların əhəmiyyətli rolunu vurğualyıb və bütün tərəfləri öz hüquqlarını, təhlükəsizliyini və rifahını təmin etməyə çağırıb.
Akif İsmayılov