Modern.az

“Taliban” Pəncşiri ələ keçirdiyini ELAN ETDİ

“Taliban” Pəncşiri ələ keçirdiyini ELAN ETDİ

Dünya

6 Sentyabr 2021, 09:58

“Taliban” hərəkatı ölkədə nəzarətə ala bilmədiyi Pəncşir vilayətini də ələ keçirdiyini elan edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, qruplaşma çoxsaylı hərbi texnikanı qənimət kimi götürdüyünü açıqlayıb.

 

Özünü Əfqanıstanın prezidenti elan edən sabiq vitse-prezident Əmrulla Salehin hazırda Tacikistana qaçdığı bildirilir. Əhməd Məsudun isə hələ də Pəncşirdə qaldığı barədə məlumatlar var.

 

Qeyd edək ki, qruplaşma üzvləri Pəncşir qubernatorunun iqamətgahı fonunda şəkil paylaşıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI