“Taliban” hərəkatının Pakistandakı qanadı hərbçilərə hücum edib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin cənub-şərqindəki nəzarət-buraxılış məntəqəsində törədilən kamikadze hücumu zamanı 4 nəfər ölüb, 19 nəfər isə xəsarət alıb.
Ekspertlər bunu “Taliban” hərəkatının Əfqanıstandakı uğurlarının nəticəsi hesab edir.