Modern.az

Almaniyada seçki öncəsi sosial demokratlar öndə gedir

Almaniyada seçki öncəsi sosial demokratlar öndə gedir

6 Sentyabr 2021, 22:29

Almaniyada seçki qabağı təşkil edilən rəy sorğularında Sosial Demokrat Partiyası (SPD) öndə gedir.

 

Modern.az xəbər verir ki, bu barədə “Bild” qəzetinin sifariş verdiyi sorğunun nəticələrində qeyd olunub.

 

Sentyabrın 3-dən 6-dək keçirilən sorğuda 2052 nəfər iştirak edib. Sorğuda iştirakçılardan sabah seçki keçirilsə, hansı partiyaya səs verəcəkləri soruşulub.

 

Respondentlərin 26%-i sosial demokratlara, 20.5%-i mühafizəkar Xristian Demokratik və Xristian Sosial İttifaqına (CDU / CSU), 15,5%-i “yaşıllar”a, 12,5% -i Azad Demokrat Partiyasına səs verəcəyini deyib.

 

Sentyabrın 26-da Almaniyada parlament seçkiləri keçiriləcək. Qalib gələn siyasi qüvvənin hökumət qurmaq hüququ olacaq və partiya siyahısının lideri ölkənin kansleri elan ediləcək.

 

Qeyd edək ki, Angela Merkel seçkilərdə iştirak etməyəcək.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama