Modern.az

NATO Çin və Rusiyanın nüvə potensialından narahatdır

NATO Çin və Rusiyanın nüvə potensialından narahatdır

Dünya

7 Sentyabr 2021, 00:45

6-7 sentyabr tarixlərində Danimarkada Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) silahlara nəzarət və kütləvi qırğın silahlarının yayılmaması mövzusunda illik konfransı keçirilir.

 

Modern.az xəbər verir ki, konfrans Danimarka Xarici İşlər Nazirliyi tərəfindən təşkil edilib.

 

Alyansın baş katibi Yens Stoltenberq konfransda çıxışı zamanı bildirib ki, NATO Çinin və Rusiyanın nüvə potensialını artırmasından narahatdır və daha çox şəffaflıq tələb edir.

 

“Rusiya qaydalara məhəl qoymamağa və ya onları pozmağa davam edir, qitələrarası ballistik raketlər də daxil olmaqla nüvə imkanlarını inkişaf etdirir", - deyə Stoltenberq bildirib.

 

Onun sözlərinə görə, Rusiya səsdən sürətli sistemlər, ballistik raketlər, nüvə raketlərini işə salıb.

 

Stoltenberq qeyd edib ki, Çin də nüvə potensialını sürətlə inkişaf etdirir.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama