Modern.az

Ermənistanın keçmiş Baş prokuroru saxlanıldı

Ermənistanın keçmiş Baş prokuroru saxlanıldı

7 Sentyabr 2021, 13:03

Ermənistanın keçmiş Baş prokuroru Aqvan Ovsepyan saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Xüsusi İstintaq Xidməti məlumat yayıb.

 

A.Oovsepyan 2004-2013-cü illərdə Baş prokuror, eyni zamanda 2014-2018-ci illərdə İstintaq Komitəsinin rəhbəri olub.

Məlumatlara görə, o, həmin dövrlərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan bir sıra şirkətlərin idarə olunmasında iştirak edib.

 

Bundan əlavə, araşdırmaya görə, Ovsepyan xüsusilə böyük miqdarda rüşvət alıb (190 milyon dram və ya 385 min dollar), eyni zamanda 800 milyon dram (1.6 milyon dollar) məbləğində əmlak oğurluğu törədib.

 

Ovsepyan çirkli pulların yuyulmasında da ittiham olunur (təxminən 1,3 milyard dram və ya 2,63 milyon dollar).

 

Keçmiş baş prokuror qanunsuz sahibkarlıq fəaliyyəti, rüşvətxorluq, dələduzluq və çirkli pulların yuyulması maddələri ilə ittiham olunur.

 

İstintaq zamanı bu işlə bağlı əlavə məlumat veriləcəyi bildirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI