Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı qüvvələrinin rəhbəri postuna general-mayor Mixail Kosobkov gətirilə bilər.
Modern.az xəbər verir ki, bu iddianı Ermənistan mətbuatı irəli sürüb.
Kosobkov Rusiyanın Cənub Hərbi Dairəsinin keçmiş komandir müavini olub.
Qeyd edək ki, Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin rəhbəri, general-leytenant Rüstəm Muradov vəzifəsindən gedir. Artıq onun xidmət müddəti başa çatıb.