Modern.az

Türkiyədə daha 274 nəfər virusun qurbanı oldu

Türkiyədə daha 274 nəfər virusun qurbanı oldu

Dünya

7 Sentyabr 2021, 21:25

Türkiyədə son sutka ərzində yeni növ koronavirusa (COVID-19) yoluxan 274 nəfər həyatını itirib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Son 24 saatda COVID-19 infeksiyası ilə əlaqədar 304 684 nəfərdən test götürülüb, onların 23 638-nin testi pozitiv nəticə verib, 34 402 nəfər sağalıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular