Modern.az

Çörçilin məktubu satışa çıxarılır

Çörçilin məktubu satışa çıxarılır

Dünya

8 Sentyabr 2021, 00:53

Britaniyanın sabiq Baş naziri Uinston Çörçilin 1929-cu ildə dostu Frederik Pensonbiyə yazdığı məktub gələn həftə Londonda hərraca çıxarılacaq.

 

Modern.az xəbər verir ki, bu barədə “Reuters” nəşri yazıb.

 

Məktubu yazan zaman Çörçill hələ Baş nazir kreslosuna yiyələnməmişdi. O, parlamentin deputatı idi. Məktubun yazılmasından bir neçə ay əvvəl üzvü olduğu Mühafizəkarlar partiyası hakimyyətdən getmişdi, onları Leyborist (İşçi) partiyası əvəz etmişdi.

 

Məktubunda o, siyasətdən başqa işlə məşğul olmaq istədiyini bildirir və parlamenti “teatr” adlandırır.

 

Məktub sentyabrın 15-də Bonhamda keçiriləcək hərracda nümayiş ediləcək və qiyməti 4.000-6.000 funt sterlinq arasında olacaq.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu