Türkiyədə ağır yol qəzası baş verib.
Modern.az xəbər verir ki, hadisə Kayseridə qeydə alınıb.
Məlumata görə, Yeşilhisar rayonunda işçiləri daşıyan avtobusla yük avtomobili toqquşub. Qəza zamanı 19 nəfər xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları, təcili tibbi yardım və xilasedicilər cəlb edilib. Yaralılar xəstəxanalara çatdırılıb.
Qəzanın başvermə səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.