Modern.az

Ermənistanın sabiq baş prokurorunun həbsinə qərar verildi

Ermənistanın sabiq baş prokurorunun həbsinə qərar verildi

Dünya

8 Sentyabr 2021, 11:42

İrəvanın ümumi yurisdiksiya məhkəməsi Ermənistanın sabiq baş prokuroru, istintaq komitəsinin keçmiş sədri Aqvan Ovsepyanın həbs olunması barədə qərar qəbul edib.

 

Modern.az Ermənistan mediasına istinadən xəbər verir ki, sabiq baş prokuror külli miqdarda rüşvət almaqda və əmlakın oğurlanmasında, həmçinin pul vəsaitlərinin yuyulmasında təqsirli bilinir.

 

Qeyd edək ki, Ermənistanın xüsusi istintaq xidməti ötən gün keçmiş baş prokurorun həbsi barədə qərar çıxararaq, onu 190 milyon dram (380 min ABŞ dolları) məbləğində rüşvət alınmasında, 800 milyon dram (1,6 milyon dollar) həcmində əmlakın oğurlanmasında, habelə ümumi həcmi 1,299 milyard dram (2,6 milyon dollar) olan pulun yuyulmasında ittiham edib.

 

Xatırladaq ki, 2003-2014-cü illərdə baş prokuror, 2014-2018-ci illərdə isə istintaq komitəsinin sədri postlarını tutan Aqvan Ovsepyan sabiq prezidentlər Robert Koçaryan və Serj Sarkisyanın hakimiyyəti dövründə ölkənin ən nüfuzlu məmurlarından hesab olunurdu.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu