Şimali Koreya (KXDR) sentyabrın 9-da hərbi parad keçirib.
Modern.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” agentliyi öz mənbələrinə istinadən yazıb.
Hərbi parad KXDR-in qurulmasının növbəti ildönümünə həsr olunub. Parad barədə hələlik rəsmi məlumat yayılmayıb.
KXDR-ni izləyən müşahidəçilər Pxenyanda döyüş təyyarələrinin havaya qalxdığı barədə məlumat yayıb. Mənbələr, həmçinin Pxenyanın səmasında atəşfəşanlığın göründüyünü bildirib. Xatırladaq ki, KXDR-in qurulmasının rəsmi tarixi 9 sentyabr 1948-ci ildir.
Akif İsmayılov