Rusiya ortaq hərbi təlim mərkəzi yaratmaq, birgə missiyalar həyata keçirmək və iki ölkənin sərhədlərində patrul xidməti aparmaq üçün Belarusun qərbinə Su-30 döyüş təyyarələrini göndərib.
Modern.az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlikdən bildirilib ki, təyyarələr Belarus və Rusiya Hərbi Hava və Hava Hücumundan Müdafiə Qüvvələrinin birgə təlim mərkəzini yaratmaq üçün Baranoviçi aerodromuna gəliblər.
Təyyarələr Birlik Dövlətinin hava sərhədlərini qorumaq üçün birgə döyüş vəzifəsi yerinə yetirəcək.
Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko cümə axşamı Moskvada Rusiya lideri Vladimir Putinlə görüşəcək. Bu ayın əvvəlində Lukaşenko Rusiyanın tezliklə Belarusa təyyarə, helikopter və hava hücumundan müdafiə sistemləri daxil olmaqla nəhəng hərbi texnika partiyası göndərəcəyini bildirmişdi.
Akif İsmayılov