Modern.az

Misir və Türkiyə arasında yeni danışıqlar keçirildi

Misir və Türkiyə arasında yeni danışıqlar keçirildi

Dünya

8 Sentyabr 2021, 23:18

Misir və Türkiyə arasında Ankarada münasibətlərin normallaşmasına dair danışıqların ikinci raundu keçirilib.

 

Modern.az xəbər verir ki, bu barədə Misir və Türkiyə XİN-ləri birgə məlumat yayıb.

 

Məlumatda bildirilir ki, nazir müavinləri səviyyəsində keçirilmiş danışıqlarda ikitərəfli əlaqələrin yaxşılaşması ilə yanaşı, Liviya, Suriya, İraq, Fələstin və Şərqi Aralıq dənizində vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

 

Tərəflər qeyd edir ki, iki ölkə münasibətlərin normallaşması istiqamətində məsləhətləşmələri davam etdirmək əzmi nümayiş etdirib.

 

Xatırladaq ki, Misir ilə Türkiyə arasında danışıqların birinci raundu bu ilin mayında Qahirədə keçirilmişdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu