Türkiyədə son sutka ərzində yeni növ koronavirusa (COVID-19) yoluxan 262 nəfər həyatını itirib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Son 24 saatda COVID-19 infeksiyası ilə əlaqədar 308 437 nəfərdən test götürülüb, onların 23 914-nün testi pozitiv nəticə verib, 30 113 nəfər sağalıb.