Modern.az

NATO-dan xəbərdarlıq: “Taliban” verdiyi sözlərə əməl etməlidir

NATO-dan xəbərdarlıq: “Taliban” verdiyi sözlərə əməl etməlidir

9 Sentyabr 2021, 00:49

NATO-nun Baş katibi Yens Stoltenberq ABŞ Dövlət katibi Entoni Blinken və Almaniyanın xarici işlər naziri Hayk Maasla görüşüb.

 

Modern.az xəbər verir ki, Stoltenberq görüşdən sonra bəzi açıqlamalar verib.

 

Alyansın Baş katibi “Taliban”ın insan haqları, terror, Əfqanıstanı tərk etmək istəyənlərin təhlükəsiz şəkildə ölkədən çıxışı ilə bağlı verdiyi sözlərə əməl etməli olduğunu vurğulayıb.

 

Stoltenberq NATO-nun bu ölkədə mövcudluğunun onilliklər ərzində regional təhlükəsizliyi və sabitliyi yaxşılaşdırdığını bildirib.

 

O, gələcəkdə Əfqanıstanda terrorçu qrupların yenidən qurulmasına icazə verilməməli olduğunu qeyd edib.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu