Modern.az

“Taliban” Çinlə Rusiyanı Əfqanıstana dəvət etdi

“Taliban” Çinlə Rusiyanı Əfqanıstana dəvət etdi

Dünya

10 Sentyabr 2021, 15:34

“Taliban” hərəkatı yaxın vaxtlarda Rusiya və Çin nümayəndə heyətlərini Əfqanıstana dəvət edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə hərəkatın Qətərdə yerləşən siyasi ofisinin rəhbəri Məhəmməd Süheyl Şahin bildirib.

 

“Hökumət yeni formalaşdığı üçün dəvətlər hələ göndərilməyib. “Taliban” hərəkatı qısa zamanda Rusiya və Çin nümayəndə heyətlərinin ölkəyə səfər etməsini planlaşdırır”, - deyə qruplaşma nümayəndəsi söyləyib.

 

Şahin yeni hökumətin iqtisadi sferada inkişafı hədəflədiyini əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI