Misirin Şarm əl-Şeyx kurort şəhərində bu ölkənin Prezidenti Əbdülfəttah əl-Sisi ilə İsrailin Baş naziri Naftali Bennet arasında görüş keçirilib.
Modern.az xəbər verir ki, bu barədə Misir Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Görüşdə İsraillə Fələstin arasında sülh prosesi, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Misirin İsraillə HƏMAS arasında son münaqişədə vasitəçilik missiyası atəşkəsə nail olunmasında mühüm rol oynamışdı. Misir Prezidentinin mətbuat katibi Bəssam Radi bildirib ki, tərəflər arasında müxtəlif səviyyələrdə faydalı məsləhətləşmələrin bundan sonra da davam etdirilməsinə dair razılıq əldə olunub.
Xatırladaq ki, bir müddət əvvəl İsrailin Baş naziri vəzifəsini icra etməyə başlayan Bennet ilk səfərini Misirə edib. İsrail Baş nazirlərindən sonuncu dəfə Misirə 2011-ci ildə Binyamin Netanyahu səfər etmişdi.