Modern.az

Çexiya Fransadan 395 milyon dollarlıq silah alır

Çexiya Fransadan 395 milyon dollarlıq silah alır

Dünya

13 Sentyabr 2021, 19:56

Çexiya Fransadan 395 milyon dollar dəyərində 52 ədəd “Sezar” özüyeriyən artilleriya qurğuları alacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Çexiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

 

Çexiya Müdafiə naziri Lubomir Metnar sosial media hesabında silahların alınması ilə bağlı müqavilənin sentyabr ayının sonuna qədər imzalanacağını bildirib.

 

Nazirlik Fransanın “Nexter System” şirkəti tərəfindən istehal edilən topların 2024-2026 -cı illərdə silahlanmaya qəbul ediləcəyini açıqlayıb. Artilleriya silahlarından ilk dördü Fransada, qalanları Çexiyada istehsal ediləcək.

 

Qeyd edək ki, NATO üzvü olan Çexiya son illərdə köhnəlmiş texnikanı əvəz etmək istədiyi üçün hərbi xərclərini artırıb.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu