Modern.az

Rusiya “Vaqner” muzdlularını bu ölkəyə göndərir

Rusiya “Vaqner” muzdlularını bu ölkəyə göndərir

Dünya

13 Sentyabr 2021, 21:10

Rusiya Afrikanın qərbində yerləşən Mali hökuməti ilə “Vaqner” adlı özəl hərbi şirkətə məxsus muzdluların bu ölkəyə daxil olmasına imkan verən müqavilə imzalamaq niyyətindədir.

 

Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi yeddi diplomatik və təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.

 

Agentlik qeyd edir ki, yeni imzalanan müqavilə Qərbi Afrikanın təhlükəsizliyinə Rusiyanın təsirini artıracaq və Fransanın müqavimətinə səbəb olacaq.

 

Mənbələr “Vaqner”in Fransanın keçmiş koloniyasında fəaliyyət göstərməsinə imkan verən müqavilənin qüvvəyə minməsinə maneə törətmək üçün Parisdə diplomatik fəaliyyətə başladığını bildirir.

 

Agentlik Mali ordusuna təlim keçmək və yüksək vəzifəli şəxsləri qorumaq üçün ölkəyə ən azı 1000 muzdlunun göndəriləcəyini qeyd edib.

 

“Vaqner” Rusiyanın Sankt-Peterburq şəhərindən olan və Rusiya hökumətinə yaxınlığı ilə tanınan iş adamı Yevgeni Priqojin ilə əlaqəli qeyri-rəsmi silahlı birləşmədir. Qrupa daxil olan muzdluların Konqo Demokratik Respublikası, Sudan, Liviya, Madaqaskar, Anqola, Qvineya, Qvineya-Bisau, Mozambik, Zimbabve və Mərkəzi Afrika Respublikası (MAR) da daxil olmaqla bir sıra Afrika ölkələrində təhlükəsizlik xidmətləri göstərdikləri güman edilir.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu