CNN telekanalı Əfqanıstanda xidmət etmiş 8 ABŞ generalının iştirakı ilə sənədli film hazırlayıb.
Modern.az xəbər verir ki, filmdə komandirlər 20 illik Əfqanıstan missiyasında ABŞ-ın səhvlərindən bəhs edirlər.
Onlardan biri, ABŞ ordusunun istefada olan general-leytenantı Karl Eykenberri Əfqanıstan missiyasının xərclənən pullara dəymədiyini ifadə edib.
O, Əfqanıstan ordusuna təlim keçdiklərini, ancaq əfqanlara ruh verə bilmədiklərini qeyd edib.
2005-2007-ci illərdə ABŞ Əfqanıstan Qüvvələri Komandanı vəzifəsində çalışmış Eykenberri bildirib ki, Amerikanın Əfqanıstan missiyasından gözləntiləri aydın deyildi.
Akif İsmayılov