Modern.az

Fransa ABŞ ilə münasibətlərində böhran olduğunu açıqladı

Fransa ABŞ ilə münasibətlərində böhran olduğunu açıqladı

19 Sentyabr 2021, 19:24

Paris və Vaşinqton arasındakı münasibətlərdəki böhran NATO üçün yeni strateji konsepsiyanın qəbul edilməsinə çox ciddi təsir göstərəcək.

 

Modern.az xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-İv Lö Drian deyib.

 

O qeyd edib ki, bu hadisə Fransanın NATO-dan çıxması ilə nəticələnməyəcək.

 

“NATO Prezidentin xahişi ilə konsepsiya ilə bağlı müzakirəyə başlayıb. NATO -nun Madriddə keçiriləcək növbəti sammiti yeni strateji konsepsiya üzərində işləyəcək. Baş verənlərin gedişata təsir edəcəyi aydındır”, - deyə nazir qeyd edib.

 

Daha əvvəl o, Avstraliya ilə müqaviləyə xitam verilməsinin Fransa ilə ABŞ arasındakı münasibətlərdə böhrana səbəb olduğunu bildirdiyini söyləmişdi.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu