Modern.az

Bu ölkədə vulkan püskürdü

Bu ölkədə vulkan püskürdü

Dünya

19 Sentyabr 2021, 20:46

İspaniyanın Kanar arxipelaqına daxil olan Palma adasında vulkan püskürüb.

 

Modern.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

 

Bildirilib ki, adanın Kumbre-Vyexa vulkan silsiləsindəki nöqtələrdən birində qara və ağ tüstü müşahidə edilib.

 

85 minədək insanın yaşadığı adada son günlər seysmik aktivlik güclənib, təxminən bir həftə boyu yüzlərlə aşağı maqnitudalı zəlzələlər qeydə alınıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj