Modern.az

Quterreş Sudanda çevriliş cəhdini pislədi

Quterreş Sudanda çevriliş cəhdini pislədi

21 Sentyabr 2021, 21:46

BMT Baş katibi Antonio Quterreş Sudanda həyata keçirilən çevriliş cəhdini pisləyib.

 

Modern.az xəbər verir ki, bu barədə Quterreşin rəsmi nümayəndəsi Stefan Dujarrik məlumat yayıb.

 

O qeyd edib ki, Sudandakı çevriliş cəhdi ölkədəki siyasi nizami pozmaq məqsədi daşıyır.

 

Dujarrikin sözlərinə görə, Baş katib Sudan hökumətini və xalqını dəstəkləyir.

 

Qeyd edək ki, bu gün Sudanda dövlət çevrilişinə cəhd olub. Dövlət çevrilişinə cəhd etməkdə şübhəli bilinən 40-dan çox zabit həbs edilib.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal