Modern.az

Almaniyada parlament seçkilərinə start verildi

Almaniyada parlament seçkilərinə start verildi

26 Sentyabr 2021, 11:29

Almaniyada bundestaqa seçkilərə start verilib. Artıq səsvermənin başladığı, elə ilk dəqiqələrdən fəallığın hiss olunduğu bildirilir. 

 

Modern.az "CNN"ə istinadla xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə saat 10:00-da) açılıb.

 

Rəsmi məlumata görə, ölkə əhalisinin 60,4 milyon nəfər vətəndaşının səsvermə hüququ var. Onlar ölkənin yeni parlamentinin tərkibini müəyyənləşdirəcəklər.

 

Seçkilərdən sonra Bundestaqda yeni kanslerin rəhbərliyi altında yeni hökumət formalaşdırılacaq.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı