Sudanın təhlükəsizlik qüvvələri İŞİD terror təşkilatı ilə əlaqəli qruplaşmaya qarşı əməliyyat keçirib.
Modern.az xəbər verir ki, bu barədə Sudanın kəşfiyyat xidməti məlumat yayıb.
Məlumata görə, təhlükəsizlik qüvvələri əməliyyat zamanı müxtəlif dövlətlərdən olan 11 xarici terrorçunu yaxalayıb.
Toqquşmada Sudanın 5 təhlükəsizlik işçisi öldürülüb.
Akif İsmayılov