Modern.az

Makron: “Avropalılar sadəlövhlükdən imtina etməlidirlər”

Makron: “Avropalılar sadəlövhlükdən imtina etməlidirlər”

Dünya

29 Sentyabr 2021, 00:53

“Avropalılar sadəlövhlüklərindən imtina etməli, müdafiə planlarını gücləndirməli və hörmət qazanmalıdırlar”,

 

Modern.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Parisdə keçirdiyi mətbuat konfransında AUKUS paktına işarə edərək bildirib.

 

“Təzyiq altında olduğumuz zaman özümüzü müdafiə etmək qabiliyyətinə sahib olduğumuzu göstərməliyik”, - deyə o qeyd edib.

 

Qeyd edək ki, bir neçə həftə əvvəl ABŞ, Böyük Britaniya və Avstraliya arasında AUKUS adlandırılan hərbi pakt imzalanıb. Müqaviləyə əsasən digər iki dövlət Avstraliya üçün atom enerjisi ilə işləyən sualtı gəmilərin inşa edilməsinə köməklik edəcəklər. Yeni pakt ilə Avstraliya və Fransa arasında mövcud olan sualtı gəmi müqaviləsi ləğv edilib. 2016-cı ildə Fransanın “Naval Group” şirkəti tərəfindən Avstraliya Hərbi Dəniz Qüvvələri (HDQ) üçün 12 ədəd sualtı gəminin inşasını nəzərdə tutan müqavilə imzalanmışdı.

 

Fransa mediasında “Əsrin müqaviləsi” adlandırılan razılaşmanın ümumi dəyəri 66 milyard ABŞ dolları idi. Fransa AUKUS paktını “arxadan bıçaqlama” kimi dəyərləndirib. Paris müqavilənin imzalanmasından sonra ABŞ və Avstraliyadakı səfirlərini geri çağırıb.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal