BMT Şimali Koreyanın (KXDR) hipersəs sürətə malik raket buraxması ilə bağlı xəbərlərdən narahatdır.
Modern.az xəbər verir ki, bunu BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik bildirib
O qeyd edib ki, təşkilat Koreya yarımadasında diplomatik əməkdaşlıqdan yanadır.
Xatırladaq ki, Şimali Koreya sentyabrın 28-də ilk dəfə yeni “Huaseonq-8” adlı hipersəs sürətə malik raketi sınaqdan keçirib. Hipersəs raketlər atmosferin yuxarı qatında səs sürətindən 5 qat çox sürətə malik olan raketlərdir. Bu sürət raketin saatda təxminən 6200 kilometr məsafə qət etməsinə imkan verir.
Akif İsmayılov