Modern.az

Türkiyə əhalisinin 71%-dən çoxu tam peyvəndlənib

Türkiyə əhalisinin 71%-dən çoxu tam peyvəndlənib

Dünya

29 Sentyabr 2021, 21:30

Türkiyədə son sutka ərzində yeni növ koronavirusa (COVID-19) yoluxan 227 nəfər həyatını itirib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Son 24 saatda COVID-19 infeksiyası ilə əlaqədar 355 442 nəfərdən test götürülüb, onların 29 386-nın testi pozitiv nəticə verib, 31 018 nəfər sağalıb.

 

Qeyd edək ki, Türkiyənin 18 yaşdan yuxarı əhalisinin 86.60%-nə bir doza, 71.35%-nə isə iki doza koronavirus əleyhinə vaksin vurulub.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal