Avropa İttifaqı (Aİ) daha təsirli müdafiə qabiliyyətinə malik olmalıdır.
Modern.az xəbər verir ki, bunu İtaliyanın Baş naziri Mario Draqhi bu gün keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, Aİ hərbi xərclərini artırmalı və müdafiə daha çox pul xərcləməlidir.
Qeyd edək ki, açıqlama Aİ-nin öz müdafiə sistemini gücləndirmək mövzusunun intensivləşdiyi dövrdə verilib. Son dövrlərdə mediada “Avropa ordusu”, “Aİ-nin sürətli reaksiya qüvvələri”nin qurulması müzakirə olunur.
Akif İsmayılov