ABŞ-ın aviasiya nəhəngi olan “Boeing” şirkəti ölkənin Müdafiə Nazirliyi (Pentaqon) ilə 23.8 milyard dollarlıq müqavilə imzalayıb.
Modern.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
Müqaviləyə əsasən, şirkət ABŞ Ordusunun C-17 “Globemaster III” nəqliyyat təyyarələrinə xidmət göstərəcək.
Şirkət 10 il ərzində ABŞ və tərəfdaşlarının istifadə etdiyi 275 təyyarərə mühəndislik və digər növ xidmətlər təqdim edəcək.
Akif İsmayılov