Modern.az

Rusiyada qanunsuz miqrantlar sabahdan deportasiya edilə bilər

Rusiyada qanunsuz miqrantlar sabahdan deportasiya edilə bilər

30 Sentyabr 2021, 22:40

Koronavirus epidemiyası səbəbindən Rusiyada xarici vətəndaşlara təqdim olunan dəstək proqramı 30 sentyabrda başa çatır. Buna görə, Rusiya Federasiyası ərazisində qanunsuz miqrantlar Daxili İşlər Nazirliyinin miqrasiya bölmələrinə baş çəkməli və qeydiyyatdan keçməlidirlər.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Miqrasiya Baş İdarəsinin rəisi, general-leytenant Valentina Kazakova məlumat berib.

 

“Rusiyada ümumilikdə yeddi milyon əcnəbi var. Onların azı qanunsuz mühacirdir”, - deyə Kazakova bildirib.

 

Oktyabrın 1 -dən qeyri-qanuni ölkədə qalan miqrantlar qeydiyyatdan keçmədiyi təqdirdə ölkədən deportasiya edilə bilər.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal