Modern.az

Saakaşvili 6 il həbs edilə bilər - RƏSMİ

Saakaşvili 6 il həbs edilə bilər - RƏSMİ

Dünya

1 Oktyabr 2021, 22:33

Gürcüstanın Baş Prokurorluğu keçmiş prezident Mixeil Saakaşvilinin saxlanılması ilə əlaqədar rəsmi məlumat yayıb.

 

Modern.az xəbər verir ki, Prokurorluq Saakaşvilinin Daxili İşlər Nazirliyi (DİN) tərəfindən həbs olunduğunu bildirib.

 

Qeyd olunur ki, keçmiş prezident barəsindəki məhkəmə qərarlarının icrası üçün müvafiq penitensiar müəssisəyə yerləşdirilib.

 

Prokurorluq, həmçinin Saakaşviliyə qarşı irəli sürülən ittihamları da açıqlayıb. Qeyd olunub ki, Valeria Gelaşvili və Sandro Qirqvlianiyə qarşı fikizi zorakılıq tətbiq etdiyi müəyyən edilən Saakaşviliyə hər üç instansiya məhkəməsi tərəfindən 6 il müddətinə həbs cəzası verilib.

 

Bundan başqa sabiq prezident “İmedi” telekanalına basqın təşkil etməkdə, həmçinin, Patarkatsişvili ailəsinin mülkərini mənimsəməkdə və Dövlət Xüsusi Mühafizə Xidmətinin təxminən 9 milyon lari məbləğində vəsaitini şəxsi məqsədləri üçün istifadə etməkdə ittiham edilir.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal