Modern.az

Paşinyan Litvaya səfər edəcək

Paşinyan Litvaya səfər edəcək

Dünya

2 Oktyabr 2021, 19:30

Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 3-də Litvaya səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə erməni KİV-ləri yazıb.

 

Paşinyanı litvalı həmkarı İnqrid Şimonitenin dəvət edib. Onların ikitərəfli görüşündən sonra birgə mətbuat konfransı keçiriləcək. Paşinyan Litva Prezidenti Gitanas Nauseda ilə də görüşəcək.

 

Erməni Baş nazir, həmçinin, Şərqi Avropa Araşdırmaları Mərkəzinə baş çəkəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama