Türkiyədə son sutka ərzində yeni növ koronavirusa (COVID-19) yoluxan 203 nəfər həyatını itirib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Son 24 saatda COVID-19 infeksiyası ilə əlaqədar 352 162 nəfərdən test götürülüb, onların 27 973-nün testi pozitiv nəticə verib, 22 110 nəfər sağalıb.
Qeyd edək ki, Türkiyənin 18 yaşdan yuxarı əhalisinin 86.99%-nə bir doza, 72,35%-nə isə iki doza koronavirus əleyhinə vaksin vurulub.
Akif İsmayılov