Modern.az

Fransa əhalisinin 72%-dən çoxu tam peyvəndlənib

Fransa əhalisinin 72%-dən çoxu tam peyvəndlənib

Dünya

3 Oktyabr 2021, 00:52

Fransada son 24 saatda yeni növ koronavirusa (COVID-19) yoluxan daha 31 nəfər vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin İctimai Sağlamlıq Agentliyi məlumat yayıb.

 

Ölənlərin ümumi sayı 116 789 nəfər olub.

 

Sutka ərzində daha 4948 nəfər bu virusa yoluxub və ümuni yoluxanların sayı 7 milyon 23 min 315-ə yüksəlib.

 

Fransa Səhiyyə Nazirliyi tərəfindən paylaşılan məlumatlara görə, ölkə əhalisinin 72,3 faizi tam peyvənd edilib.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal