Modern.az

Ekuadorda məhkumlar polislərə atəş açdı: amnistiya olacaq

Ekuadorda məhkumlar polislərə atəş açdı: amnistiya olacaq

3 Oktyabr 2021, 09:05

Ekvadorun Guayaqil şəhərindəki həbsxanaya nəzarət məqsədi ilə daxil olmaq istəyən polislər məhkumlar tərəfindən atəşə tutulub.

 

Modern.az "Sözcü"yə istinadla xəbər verir ki, 29 sentyabrdan bəri adıçəkilən şəhərin həbsxanasında baş verənlər bütün dünya mediasının gündəmini silkələyib.

 

Belə ki, sentyabrın 29 -da  Guayas əyalətinin Guayaqil şəhərindəki Litoral Həbsxanasında Los Lobos və Los Çoneros dəstələri arasında baş verən toqquşmada 118 nəfər həyatını itirdikdən sonra, həbsxanalardakı şiddətə yeni bir adam əlavə olunub. 

 

Məhbuslar nəzarət məqsədi ilə Guayaqil şəhərindəki 1 saylı Guayas Həbsxanasına girmək istəyən polis əməkdaşlarına atəş açıblar.

 

Nəticədə polislə məhbuslar arasında silahlı toqquşma baş verib. Polislə məhbuslar arasında baş verən toqquşmada heç bir itkinin olmadığı bildirilir. 

 

Daxili işlər naziri Alexandra Vela Quito jurnalistlərə bildirib ki, hökumət ölkə daxilində həbsxanalarda təhlükəsizliyi təmin etmək üçün 3600 əsgər və polis göndərib.

 

Milli Həbsxana Xidmətinin rəisi Bolivar Garzon isə dünənki açıqlamasında həbsxanalarda sıxlığın azaldılması üçün təxminən 2000 nəfərlik amnistiyanın gündəmdə olduğunu söyləyib.

Turan

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal